English|Azərbaycanca
Brendlər

“Grove” şirkəti 1947-ci ildə təsis edilmişdir. İstehsal müəssisələri Pensilvaniya ştatının Şedi, Almaniyanın Vilhelmşevn şəhərlərində yerləşən bu şirkət dünyada hərəkətli hidravlik kranların aparıcı istehsalçılarından biridir.
 
Zəngin ənənəyə malik, məhsullarını istifadə edənlərlə məşhurluq qazanmış, möhkəm, etibarlı yük qaldırma avadanlıqlarının istehsalçısı kimi ad qazanmış Grove şirkəti yarım əsrdən çox kran istehsalçıları birliyinin arzuolunan üzvlərindən biri olmuşdur.
 
Şirkət 8.6 tondan (8.5 USt) 558.8 tona qədər yük qaldırma qabiliyyətinə malik, adi torpaqda, çətin keçilən yerlərdə istifadə üçün nəzərdə tutulmuş kranları, motorlaşdırılmış həmçinin sənaye kranlarını əhatə edən tam çeşid hərəkətli hidravlik kranlar təklif edir. Bu şirkət eyni zamanda dünyada silahlı qüvvələr üçün xüsusi sifariş üzrə istehsal edilən hərbi kranların aparıcı təchizatçılarından biridir.
 
İstehsalçı kimi tarixi ərzində 1968-ci ildə dünyada ilk fırlanan və hər yerdə hərəkət edə bilən kranın, 1970-ci ildə dünyada ilk trapesiya formalı kran yük qaldırma oxunun  istehsalı daxil olmaqla həmçinin 1994-cü ildə ISO 9001 keyfiyyətə zəmanət sertifakını ilk dəfə qazanan  beynəlxalq çoxfunksiyalı kran istehsalçısı kimi bir sıra mühüm yeniliklərə imza atmışdır.
 
“Grove” texnoloji innovasiyalar baxımından da sənaye sahəsində liderə çevrilmişdir. Onun “MEGATRAK” asma sistemi, “TWINLOCK” yükqaldırma oxunun bərkidilməsi sistemi və “MEGAFORM” yükqaldırma oxunun layihəsi yalnız Grove şirkətinə xas olub son istehlakçılara rəqabətədavamlı üstünlük verir. Dünyada 55,000 –dən çox Grove kranları bəzi şirkətlərin bir dəfəyə tək nəqliyyat vasitələri parkını bir neçə yüz belə qurğularla doldurması ilə satılmışdır.

Tərəfdaşlar


Xüsusi təklif