English|Azərbaycanca
Brendlər

“Manitowoc Cranes” şirkətinin istehsal tarixi Viskonsin ştatının Manitovok şəhərindəki müəssisəsində özünün birinci qəfəsli yükqaldırma oxu olan tırtıllı kranlar istehsal etdiyi vaxtdan yəni 1925-ci ildən başlayır. Həmin vatxdan etibarən bu ‘Manitowoc’ adı tırtıllı kranları simvolizə edir. Şirkətin ticarət nişanı olan qırmızı maşınları isə dünyanın hər bir guşəsində görə bilərsiniz. Manitowoc şirkəti innovasiya, satış, məhsulun keyfiyyəti və texniki xidməti üzrə öz sahəsində liderə çevrilmişdir.

Hal-hazırda bu şirkət 73 tondan (80 USt) 2,300 tona qədər yük qaldırma qabiliyyəti olan 16 növ məhsul təqdim edir. Viskonsin ştatı, Manitovok şəhərindən əlavə kranlar həmçinin Almaniyanın Vilhelmşevn şəhərində yerləşən müəssisəsində xüsusi bazarlar üçün nəzərdə tutulmuş kranlar istehsal etmək fəlsəfəsi əsas tutularaq hazırlanır.

Müştərilərin tələblərini qarşılamaq üçün şirkət yalnız müxtəlif növ qaldırıcı kranlar deyil həmçinin sənaye və dənizdə istifadə üçün nəzərdə tutulmuş tırtıllı tsikl hərəkətli kranlarIar istehsal edir.  EPIC nəzarət sistemi ilə CAN-ŞİN və sürətli FACT yığma və montaj qurğusu  daxil olmaqla texnologiya sahəsində lider olan qurğuların istifadəsi “Manitowoc Cranes” şirkətinin rəqiblərindən öndə olduğunu göstərir.


Tərəfdaşlar


Xüsusi təklif