English|Azərbaycanca
Brendlər

1928-ci ildə Fransa, La Klayette şəhərində təsis edildiyi andan etibarən müxtəlif regionlarda 100,000-dən çox kranlar satan və quraşdıran Potain şirkəti qüllə kranlarının istehsalı üzrə dünya lideridir. Hal-hazırda şirkət Fransada, Almaniyada, İtaliyada, Portuqaliyada və Çində yerləşən müəssisələrində 60-dan çox müxtəlif model məhsullar istehsal edir.

“Potain” Manitovok diler şəbəkəsi vasitəsilə dünya üzrə satışa çıxarılan müxtəlif sahələrdə istifadə üçün nəzərdə tutulmuş bir çox məhsul çeşidləri təqdim edir.

“Potain” 3 növ qüllə kranlarının istehsalı ilə məşğuldur; “Potain” şirkətinin istehsal etdiyi ən kiçik kran növü 1,0 tondan  (1.1 US t) 7,98 tona (8.8 USt) qədər yük qaldırma qabiliyyətinə malik özü qurulan kranlardır. Daha hündür və böyük kranlar sırasına 7,98 tondan (8.8 USt) 64 tona qədər  yük qaldırma qabiliyyəti olan hündür fırlanan kranlar daxildir. Bu kranlar həmçinin 160 tona qədər yükqaldırma qabiliyyəti olan sifariş üzrə hazırlanmış xüsusi sahələrdə istifadə üçün nəzərdə tutulmuş ən böyük kranlardır.

Şirkətin innovasiyalarına Hərtərəfli Görüntünü təmin edən Kabinə, Dialoq İdarəetmə Sistemi və müxtəlif növ qaldırıcı nəqliyyat vasitələri daxildir. Potain şirkəti öz qurğuları ilə etibarını daha da artırmışdır. Potain kranları yalnız adi tikinti meydançalarında deyil, həmçinin bəndlərin tikilməsi layihələrində, elektrik stansiyalarında, gəmiqayırma zavodlarında və körpülərin tikintisi layihələrində də istifadə olunur.


Tərəfdaşlar


Xüsusi təklif