English|Azərbaycanca
Brendlər

“DAF Trucks N.V.” Şimali Amerika korporasiyası “PACCAR Inc.” şirkətinin 100%-lik törəmə müəssisədir. “DAF Trucks” şirkətinin əsas fəaliyyət istiqamətləri orta və ağır tonnajlı yük avtomaşınlarının inkişafına, istehsalına, marketinqinə və satışına yönəlmişdir.
Digər əsas fəaliyyət istiqaməti isə Birləşmiş Krallıqda Leyland Trucks Ltd. (“PACCAR Inc” şirkətinin 100%-lik törəmə müəssisəsidir) tərəfindən istehsal edilən yüngül yük avtomobillərinin marketinqinə və satışına yönəlmişdir. Bütün DAF və Leyland məhsullarına müxtəlif növ xidmətlər də göstərilir. DAF Trucks həmçinin üçüncü tərəflər üçün avtobuslar, sərnişin vaqonları və xüsusi nəqliyyat vasitələrinin mühərriklərin tamamlanması üçün körpü yığılmasından başlayaraq müxtəlif komponentlər istehsal edir.

DAF şirkəti “Sifariş əsasında Tikmək” prinsipinə əsasən fəaliyyət göstərir. Bu, bütün avtomobilərin hər bir müştərinin fərdi istəyini qarşılamaq üçün istehsal edilməsi deməkdir, Bununla belə, istehsal prosesinə yalnız müştəridən sifariş qəbul etdikdən sonra başlanılır. Bu çox mühüm faktordur, çünki DAF hər bir müştərinin fərdi texniki xarakteristikasını və nəqliyyat üzrə tələblərini qarşılamaq üçün on minlərlə müxtəlif avtomobil versiyaları hazırlayır.

Müştəri DAF şirkətinin əsas prioritetidir. Hər kilometr üzrə aşağı xərclər, yüksək keyfiyyət, sürücünün rahatlığı, ətraf mühitə minimum təsir və yüksək nəqliyyat səmərəliliyi bütün DAF məhsullarını xarakterizə edən amillərdir.

“DAF Trucks” şirkətinin Hollandiyanın Eindhoven şəhərində və Belçikanın Vesterlo şəhərində  istehsal müəssisələri yerləşir. Yüksək səmərəliliyi, dünya səviyyəli texnologiyası və məhsulları hesabına şirkət Avropa bazarında güclü rəqabət yaratmışdır. 



Tərəfdaşlar


Xüsusi təklif