English|Azərbaycanca
Xəbərlər

Hyundai Heavy Industries

Hyundai Heavy Industries (Hyundai KorporasiyasınınAğır Sənaye Bölməsi), dünyanın ən iri gəmi inşaatı korporasiyası bu gün şirkətin əlavə sertifikat əldə etməklə Koreyada ən 'QlobalSəviyyəliMəhsullar' üzrə nüfuzunu qoruyub saxladığını elan etdi. 'QlobalSəviyyəliMəhsullar'ın reytinqi keçən il olduğu kimi, yenədə37-ci yer olaraq qalmışdır. 

Yenicə sertifikatlaşdırılmış 'QlobalSəviyyəliMəhsul'silindrşəkilli FPSO (nefthasilatı, saxlanması və boşaldılması üçün üzən sistem) olub, 2010-cu ildə EniNorge tərəfindən Goliat FPSO layihəsi çərçivəsində sifariş verilmişdir.
'Qlobal Səviyyəli Məhsullar' bir strategiyadır ki,bu strategiya əsasında KoreyanınTicarət, Sənaye və Enerji Nazirliyi dünya bazarında 5%-dən çox payı olan, yerli bazarda Zirvə 5 qrupunda öz yerini tutmuş və ildə 5 milyon ABD məbləğində ixracat sayəsində beynəlxalq bazar dəyəri 50 milyon ABŞ dollarını aşan məhsulları seçir.  

Bu silind rşəkilli üzənsistem gündə 1 milyon çəlləkxam neft və 4 milyon standart kubmetrqaz saxlamaq üçün hazırlanır.Onun diametri 112 m, hündürlüyü 75 m olub, çəkisi isə53,000 tondur.Goliat FPSO Barents Dənizindəki Hammerfest limanından 85 km şimal-qərbdə yerləşən Goliat iş sahəsində yerləşdiriləcək.

2001-ci ildə 'QlobalSəviyyəliMəhsul' strategiyası ilə tanışlıqdan sonar Hyundai Heavy şirkətinin iri məhsulları hər il siyahıda öz əksini tapmaqdadır.

Tərəfdaşlar


Xüsusi təklif