English|Azərbaycanca
Xəbərlər

“BAKUBUILD 2013”

23 oktyabr tarixində Bakı Ekspo Mərkəzində “Xəzər İnşaat Həftəsi”nə start verən “BakuBuild 2013” 19-cu Azərbaycan Beynəlxalq “İnşaat” sərgisinin açılışı oldu.


6 3

  

Bu il “BakuBuild” sərgisinin vizit kartı öz ölkələrinin ticarət-sənaye palataları və dövlət strukturlarının dəstəyi çərçivəsində iri milli qruplarla iştirak edən şirkətlərdir, belə ki, builki sərgidə Almaniya, Yunanıstan, İtaliya, İran, BƏƏ, Portuqaliya və Finlandiyadan yeddi milli qrup iştirak edəcək. İtaliyanın Breşiya və Milan şəhərləri, eləcə də Novara vilayətinin sahibkarlarından ibarət qrup sayca çoxluq təşkil edir (67 şirkət). “Dubai Exports” təşkilatının kurasiyasında olan BƏƏ milli qrupu sərgidə ilk dəfə iştirak edir. Həmçinin, sərgidə Türkiyə sahibkarlarının kollektiv iştirakı da təşkil olunacaq. Çin şirkətləri isə bu il daha geniş meydançada təqdim olunurlar.


2 5


Astexnika şirkəti artıq yeddinci dəfədir İteca Caspian şirkəti tərəfindən təşkil olunan sərgidə iştirak edir. Sərgidə ziyarətçilərə Hyundai tikinti texnikasını və Hyundai Elevator liftlərinin geniş spektri təqdim edlmişdir.

Tərəfdaşlar


Xüsusi təklif