English|Azərbaycanca
Xəbərlər

20-ci Yubiley Azərbaycan Beynəlxalq “İnşaat Sərgisi” (“BakuBuild 2014”)

22-25 oktyabr tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun inşaat sənayesi üzrə irimiqyaslı tədbiri - 20-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat (BakuBuild 2014) sərgisi keçirildi. BakuBuild sərgisi keçirildiyi iyirmi il ərzində tikinti bazarında yerli və xarici istehsalçılar üçün oriyentir olmaqla yanaşı, sənayenin bir çox çağdaş liderləri üçün başlanğıc nöqtəsinə çevrilmişdir.

Bu il sərgi öz yubileyini rekord göstəricilərlə qarşıladı, belə ki, dünyanın 29 ölkəsindən 490 şirkət Bakı Ekspo Mərkəzinin (kompleksin foyesi və açıq meydançası da daxil olmaqla) üç pavilyonunu əhatə etməklə, öz ekspozisiyalarını genişləndirmişlər. “BakuBuild” sərgisinin builki vizit kartı isə Macarıstan, Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ və Portuqaliyadan birdən-birə yeddi milli qrupun iştirakıdır. Sərgidə həmçinin İtaliya, Almaniya, BƏƏ, Türkiyə, Yunanıstan və Çindən gələn çoxsaylı sahibkarlar qrupu da iştirak etdi.  As Texnika şirkəti davamlı olaraq İteca Caspian şirkəti tərəfindən təşkil olunan sərgidə iştirak edir.

  

  

              

  

   
  

Tərəfdaşlar


Xüsusi təklif