English|Azərbaycanca
Xəbərlər

“Birlikdə tikirik” tədbir

11 oktyabr tarixində Mərkəzi Botanika bağında regionun tikinti sektorunda ən böyük hadisə - 20-ci Yubiley Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild”) sərgisinə həsr edilmiş “Birlikdə tikirik” adlı tədbir keçirildi. Şəhərin ən böyük parklarından birində abadlıq işlərinin aparılması artıq sərginin xoş ənənəsinə çevrilib. Beləliklə, tədbir çərçivəsində Mərkəzi Botanika bağında yeni oturacaqlar qoyuldu və iştirakçılar tərəfindən quşlar üçün xüsusi yem təknələri quraşdırıldı. “Birlikdə tikirik” tədbiri “BakuBuild” sərgisinin təşkilatçıları – “ITE Group” və “Iteca Caspian” şirkətlərinin yubiley tədbirlər proqramı çərçivəsində hazırladıqları ilk tədbir oldu. "AS Texnika" MMC  də " Iteca Caspian" şirkətinin təşkil etdiyi bu tədbirdə iştirak edərək abadlaşdırılma işlərində lazımi köməklik göstərdi.

   
 

 
Tərəfdaşlar


Xüsusi təklif