English|Azərbaycanca
SERVİS

İnkişaf etmiş ölkələrdə mövcud olan ən yüksək keyfiyyətli xidmət prinsiplərini əsas tutaraq bizim servis mərkəzimiz 7 il müddətində müştəri bolluğuna və münasib qiymət siyasətinə nail olmuşdur. Bütün avadanlıqlarla təchiz olunmuş servis departamentimiz Azərbaycanda geniş istifadə olunan texnikalara təminatlı xidmət göstərməyə hər an hazırdır. Qlobal naviqasiya sistemi ilə təchiz edilən servisimiz sizə ən sürətli xidmət göstərir.
Bizim servis baş idarəmiz Bakı ətrafında yerləşir və daha bir ofisimiz Gəncədə fəaliyyətə başlamışdır. Səriştəli və keyfiyyətli xidmət briqadalarının mövcudluğunun əhəmiyyətini başa düşərək biz təmsil etdiyimiz şirkətlərlə əlaqə saxlayır və işçilərimiz üçün təşkil olunan peşəkar treyninq proqramlarında müntəzəm iştirak edirik.



Servisin ən əsas prinsiplərindən biri qısa zaman kəsiyində müştəriyə münasib qiymət təklif etməklə onları lazımi ehtiyat hissələri ilə təmin etməkdir.
Bu problemi ardıcıl həll etmək üçün şirkətimiz anbarlar və kompyuter infrastrukturuna kifayət qədər sərmayə qoyur. Cari ildə biz 2-ci anbarı tikmişik və daha çox ehtiyac duyulan ehtiyat hissələrinin təhlilini dəqiqliklə aparmışıq. Statistik göstəricilərə əsasən daha çox istifadə olunan və aztapılan hissələrin bolluğunu yaratmağa nail olmuşuq ki, bu da müştərilər üçün ehtiyat hissələrinin qiymətinin aşağı düşməsinə səbəb olacaq.
Aparılan təhlillər qiyməti azaltmaq üçün vacib meyarlardan biridir. Bundan əlavə xidmətimiz müştərilərlə müqavilə bağlayır ki, qiymətlərin qalxması və xidmət üçün xərc müştərilərimizə şamil olunmur.



Tərəfdaşlar


Xüsusi təklif